Mükafatlandırılanlar arasında olan millət vəkili Qənirə Paşayeva ilin ən uğurlu millət vəkili mükafatı təqdim edilib. Türk dünyasından tanınmış media nümayəndələrinin təmsil olunduğu münsiflər heyəti tərəfindən mükafatın təqdim edilməsində bildirilib ki, millət vəkili Qənirə Paşayeva hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında, yazılarında dünyanın müxtəlif bölgələrində haqları tapdalanan türklərin haqlarının müdafiəsi istiqamətində çalışır,onların problemlərini beynəlxalq tribunalardan səsləndirir,
Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı və eyni zamanda Azərbaycanın Ermənistan tərəfindən işğal altında olan bölgələrindən köçkün düşmüş köçkünlərin haqlarının müdafiəsi istiqamətində də hər zaman yorulmadan çalışır və münsiflər heyəti Türk Dünyasında ilin ən uğurlu millət vəkili mükafatının ona verilməsi haqqında qərar qəbul edib.
Millət vəkili nüfuzlu və tanınmış jurnalistlər tərəfindən bu mükafata layiq görülməkdən ayrıca məmun olduğunu bildirib və dəyərli jurnalist həmkərlarıma etimadlarından dolayı təşəkkür edib.
Son xəbərlər
Son Xəbərlər