İlin ən yaxşı mahnıları seçildi - Fotolar

İlin ən yaxşı mahnıları seçildi
Oxunma sayı: 2852

Moskvanın Dövlət Kreml Sarayında Rusiyanın musiqi həyatının ən əlamətdar hadisəsi - XXIV “Zolotoy Qrammofon” (“Qızıl Qrammofon”) milli musiqi mükafatının təqdimetmə mərasimi baş tutub.

“Qafqazinfo” “Cosmo.ru”ya istinadən bildirir ki, “Russkoye Radio” radiostansiyası 2019-cu ilin ən yaxşı mahnılarına görə ifaçılara qiymətli heykəlciklər təqdim edib. “Zolotoy Qrammofon”un laureatları xalq hit-paradında 20 həftə ard-arda qalmağı bacaranlardır, demək ki, onların mahnıları həqiqətən də hitdir.

XXIV “Zolotoy Qrammofon” mərasiminin laureatları aşağıdakılardır:

Bİ-2 – “Filosofski kamen”, Polina Qaqarina – “Melanholiya”, Vladimir Presnyakov – “Tı u menya odna”, İrina Dubtsova – “Ya lublu tebya do lunı”, Dmitri Malikov feat. Astero – “Vsyo budet”, Burito – “Vzletay”, Vera Brejneva – “Lübite druq druqa”, Valeri Meladze – “Çeqo tı xoçeş ot menya?”, Mot feat. Valeri Meladze – “Skolto let” Segey Lazarev – “Şöpotom”, Ani Lorak – “Son”, “Sumasşedşaya”, Tima Belorusskix – “Nezabudka”, Yelena Sever və Vera Brejneva – “Zla ne derji”, Nikolay Baskov – “Karaoke”, “Serdtse na serdtse”, MakSim – “Zdes i seyças”, “Ruki Vverx!” – “Ona mena tseluyet”, #2Maşi – “Bosaya”, Maks Barskix – “Bereqa”, Artik&Asti feat Artyom Kaçer – “Qrustnı dens”, Denis Klyaver – “Koqda tı staneş bolşim”, Dima Bilan – “Molniya”, Artur Pirojkov – “Zatsepila”, Diana Arbenina və “Noçnıye snayperı” – “Rinqtonom”, LOBODA – “Instadrama”.  

Layma Vaykule isə ölkə şou-biznesinə verdiyi töhfələrə görə mükafata layiq görülüb. 















Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi