İlin əvvəlində Moskvada rekord qeydə alındı

ilin-evvelinde-moskvada-rekord-qeyde-alindi
Oxunma sayı: 7422

Bu gün Moskvada hava ilə bağlı temperatur rekordu qeydə alınıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Hidrometrologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand bildirib.

Belə ki, axşam saatlarında şəhərdə +4,3 dərəcə isti qeydə alınıb.

Bu, Moskva üçün yanvarın 1-də qeyd alınan rekorddur. Bundan əvvəl sonuncu dəfə yanvarın 1-də rekord istilik 1973-cü ildə olub. Həmin vaxt +4,2 dərəcə istilik qeydə alınıb.