İlin futbolçusu kim olacaq? - UEFA namizədləri açıqladı

ilin-futbolcusu-kim-olacaq
Oxunma sayı: 1906

UEFA 2018/2019 mövsümünün ən yaxşı futbolçusu adına 3 namizədi açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, bunlar "Barselona"nın kapitanı Lionel Messi, "Liverpul"un müdafiəçisi Vircil van Deyk və "Yuventus"un hücumçusu Kriştiano Ronaldodur. 

Qadın namizədlərin hər üçü isə Fransanın "Lion" klubunun futbolçularıdır. Bunlar ingiltərəli Lusi Bronz, norveçli Ada Hegerberq və fransalı Amandin Henridir. 

Qeyd edək ki, hər iki nominasiya üzrə qaliblərin adları avqustun 29-da Monakoda UEFA Çempionlar Liqası qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.