Laureus Vəqfi idman sahəsində ilin adamlarını seçib.
“Qafqazinfo” xəbər verir ki, 2000-ci ildən başlayaraq hər il keçirilən tədbirdə bu dəfə Useyn Bolt ilin kişi idmançısı seçilib. O, 2016-cı il Rio Olimpia oyunlarında 100 və 200 metr məsafəyə qaçış üzrə yarışda qızıl medal qazanıb. Bolt daha əvvəl 2009, 2010 və 2013-cü illərdə bu mükafatı qazanmışdı.
Qadınlar arasında Rio Olimpia oyunlarında gimnastika üzrə 4 qızıl və 1 bürünc qazanan ABŞ-lı Simone Biles qalib seçilib.

Son xəbərlər
Son Xəbərlər