İlin ilk Ay tutulması başa çatdı - Yenilənib

ilin-ilk-ay-tutulmasi-basa-catdi
Oxunma sayı: 2206

2020-ci ilin ilk Ay tutulması hadisəsi başlayıb.  

“Qafqazinfo” xəbər verir ki, Bakı vaxtı ilə saat 21:08-də başlayan təbiət hadisəsi gecə saat 01:12-də başa çatacaq.  Ay tutulması saat 23:11-də maksimum səviyyədə olacaq və onu Avropa, Asiya, Afrika, Avstraliyada müşahidə etmək mümkün olacaq.

Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək.

Qeyd edək ki, tutulma hadisəsi yarımkölgəli Ay tutulması olduğundan adi gözlə müşahidə etmək çətin olacaq.

**

Bu ilin ilk Ay tutulması başa çatıb.

"Qafqazinfo" xəbər verir ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat 01:12-də isə sona çatıb.