İlin ilk Günəş tutulması başa çatdı - Video+Yenilənib

ilin-ilk-gunes-tutulmasi-basa-catdi
Oxunma sayı: 3951

Azərbaycanda Günəş tutulması izlənilir.

"Qafqazinfo" xəbər verir ki, Günəş tutulması saat 08:47-də başlayıb, saat 11:05-dək davam edəcək.

Xatırladaq ki, dünyada Günəş tutulması Bakı vaxtı ilə saat 07:46 radələrində başlayıb, saat 13:34-dək izləniləcək. Tutulmanın maksimum həddi 10:41-də olacaq.

Günəş tutulması Afrika, Cənub-Şərqi Avropa və Asiyada da müşahidə edilir. Prosesin halqavarı fazasını isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsi, Pakistanın cənubu, Hindistanın şimalı və Çindən görmək mümkündür.

***

İlin ilk Günəş tutulması başa çatıb.

07:46-da başlayan ilin ilk Günəş tutulma hadisəsi saat 13:34-də başa çatıb.