İlin ilk rübündə qazanılmış medalların sayı açıqlandı

ilin-ilk-rubunde-qazanilmis-medallarin-sayi-aciqlandi
Oxunma sayı: 1530

Azərbaycan idmançılarının bu ilin ilk 3 ayında nüfuzlu beynəlxalq yarışlarda əldə etdiyi medalların sayı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 2023-cü ilin birinci rübündə ümumilikdə 107 medal qazanılıb.

Bunların 38-i qızıl, 25-i gümüş, 44-ü isə bürünc mükafat olub.