İlin qadın müğənnisi oldu

ilin-qadin-mugennisi-oldu
Oxunma sayı: 4410

“Billboard Women in Music Awards”ın builki qalibi məlum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, əsas mükafatı amerikalı aktrisa, müğənni və bəstəkar müğənni Olivia Isabelle Rodriqo qazanıb.

Bundan əlavə, Bonni Rayt ilin ikonası, Qabbi Barret isə əsas yüksələn ulduz kimi tanınıb.

Qeyd edək ki, ötən il mükafatlar heç kimə verilməyib.

2020-ci ildə isə əsas mükafatı amerikalı hip-hop sənətçisi Cardi B. qazanıb.

Müğənni Cennifer Lopez musiqi sənayesinə xidmətlərinə görə ilin ikonası, kantri müğənnisi Dolli Parton isə 2020-ci ilin əsas hitmeykeri hesab edilib.