“İlin qadını” mükafatını əri tərəfindən əli kəsilmiş qadına verdi - Fotolar

ilin-qadini-mukafatini-eri-terefinden-eli-kesilmis-qadina-verdi
Oxunma sayı: 4370

“Oryol i reşka” verilişinin aparıcısı kimi məşhurlaşan ukraynalı teleaparıcı və müğənni Regina Todorenko 2019-cu ildə aldığı “İlin qadını” mükafatını qısqanclıq zəmnində keçmiş həyat yoldaşı tərəfindən əli kəsilən Marqarita Qraçevaya verib. “Qafqazinfo” bildirir ki, bu barədə Qraçeva İnstaqram hesabında məlumat verib.

“Xatırlayırsınız, mən öz “Əllərsiz xoşbəxtəm” kitabımı Regina Todorenkoya göndərmişdim, bu gün isə ondan cavab olaraq bağlama gəldi”, - “İlin qadını” heykəlciyi ilə fotosunu paylaşan qadın yazıb.

Marqarita Qraçeva

Qraçeva izləyicilərini teleaparıcının ünvanına neqativ şərhlər yazmamağa çağırıb. O bildirib ki, Todorenko “Nasiliyu.net” (“Zorakılığa yox”) mərkəzinə 2 milyon rubl məbləğində ianə edib və hazırda məişət zorakılığına məruz qalanlar üçün xüsusi proqramın hazırlanması ilə məşğuldur.

Marqarita Qraçeva

“Biz hamımız səhv edirik, amma əsas olan onları düzəltməyə cəhd etməkdir”, - Qraçeva qeyd edib.

Xatırladaq ki, R. Todorenkonun bu yaxınlarda məişət zorakılığı ilə bağlı işlətdiyi ifadələr birmənalı qarşılanmamışdı. O bildirmişdi ki, qadınlar ərlərinin zorakılığının səbəbi barədə düşünməlidirlər. “Bəs səni döyməməsi üçün nə etmisən?” sözlərini işlədən Todorenko buna görə cəmiyyət tərəfindən sərt tənqidlərə məruz qalmışdı. Bundan sonra “Procter & Gamble” şirkətinə məxsus olan “Pampers” markası Regina Todorenko ilə əməkdaşlığına son qoymuşdu. Eyni zamanda “Glamour” jurnalının redaksiyası da Todorenkonu “İlin qadını” titulundan məhrum etmişdi.

Regina Todorenko