“İlin sonuna kimi Azərbaycan-Ermənistan liderlərinin görüşü ola bilər”

ilin-sonuna-kimi-azerbaycan-ermenistan-liderlerinin-gorusu-ola-biler
Oxunma sayı: 1951

“Ermənistan Azərbaycandan sülh sazişi layihəsi üzrə təkliflər alıb”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının rəhbəri Eduard Ağacanyan deyib.

“Deyə bilərik ki, təkliflərin üçüncü mərhələsi müzakirə olunur. Məsələ ilə bağlı digər detalları açıqlaya bilmərəm”, - deyə Ağacanyan qeyd edib.

O, həmçinin cari ilin sonuna qədər Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirilməsinin mümkünlüyünü istisna etməyib: “Ölkə liderlərinin və yaxud XİN rəhbərlərinin görüşünə gəldikdə isə, ilin sonuna qədər belə bir görüşün keçirilməsi istisna edilmir”.