“İlin uşağı” seçildi - Foto

ilin-usagi-secildi
Oxunma sayı: 3749

Hər il “İlin adamı”nı seçən ABŞ-ın “Time” jurnalı 2020-ci ildə yeni – “İlin uşağı” kateqoriyasını yaradıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, nominasiyada yüksək texnologiyalar sahəsində 15 yaşlı tədqiqatçı Gitanjali Rao qalib gəlib.

2020-ci ildə jurnal “Nickelodeon” kanalı ilə birgə ABŞ-da 8 yaşdan 16 yaşadək 5000 uşağın arasından Raonu “İlin uşağı” seçib.

Xüsusi yaradılmış komissiya bu il beş finalçı müəyyən edib. Lakin komissiyanı ən çox Raonun xidmətləri təsirləndirib: “Rao yalnız elmi alətləri araşdırmır, həm də gündəlik həyatda problemləri həll etmək üçün onları tətbiq edir”.

Beş finalçıdan hər biri “Nickelodeon”un aid olduğu “Viacom” şirkətindən pul mükafatı alacaq.