“İlişki durumu karışık”ın ulduzu həbs olundu

iliski-durumu-karisikin-ulduzu-hebs-olundu
Oxunma sayı: 3085

Ötən gün "İlişki durumu karışık" serialının ulduzu Pamir Pekin yol polisi tərəfindən saxlanılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, aparılan müayinədən sonra Pamirin 2.86 promil spirtli içki qəbul etdiyi müəyyənləşib.

Pekin açıqlamasında günahkar olduğunu etiraf edib:

“Günahkar olduğumu anlayıram. Ancaq alkol çox qəbul etməmişəm. Müayinə zamanı 2.86 promil çıxdı. Dostlarla kiçik bir araq şüşəsi içdik. Bu qədər içkili olduğumu təxmin etmirdim. Nəticəni görəndə polislər şoka düşdü”.

İstanbul Cümhuriyyət Prokurorluğunun istintaq nəticəsinə görə, Pekinə 2 ilədək həbs cəzasının verilməsiylə bağlı cinayət işi açılıb.

Məhkəmə isə aktyora 1.00 promildən çox içkili olduğu səbəbiylə “Spirt və narkotik maddə təsiri altındaykən maşından istifadə” maddəsi ilə 25 gün müddətində həbs cəzası verib.