“İlisu” dövlət qoruğunda yanğın baş verib

ilisu-dovlet-qorugunda-yangin-bas-verib
Oxunma sayı: 2033


Dekabrın 31-də Qax rayonunun Qaxbaş kəndi ərazisindəki Ulubaş yüksəkliyində dovlət fonduna aid yay otlaq sahəsində, İlisu Dovlət Təbiət Qoruğunun 8 saylı dolayının yaxınlığında yangın hadisəsi baş verib. Yanğın nəticəsində dövlət fonduna aid ərazidəki 4 hektara yaxın quru ot örtüyü yanıb.
 
“Qafqazinfo” xəbər verir ki, ETSN-nin İlisu Dövlət Təbiət Qoruğunun, FHN-nin rayon Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının və yerli icra hakimiyyəti nümayəndələrinin səyləri nəticəsində alovun qoruq ərazisinə keçməsinin qarşısı alınıb, İlisu Dövlət Təbiət Qoruğunun meşə sahəsinə heç bir ziyan dəyməyib. Yanğın təxminən saat 22 radələrində tam söndürülüb.