İlisu Dövlət tarix-mədəniyyət qoruğunda Beynəlxalq abidələr və tarixi yerlər günü qeyd olunub.
"Qafqazinfo"nun məlumatına görə, “Beynəlxalq abidələr və tarixi yerlər günü” münasibəti ilə İlisu Dövlət tarix-mədəniyyət qoruğunda tədbirlər planı hazırlanıb və həyata keçirilməsi təmin edilib.
16 aprel 2016-cı il tarixdə kənd daxilində yerləşən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidələri “Sumuq qala” və “Ulu məscid”, yerli əhəmiyyətli qala “Bürc qala”da da “Açıq qapı” günlərində gələcək qonaqları yüksək səviyyədə qarşılamaq üçün təmizlik və abadlıq işləri aparılıb, qoruq ərazisində yerləşən istirahət evlərinə keçiriləcək “Açıq qapı”günləri haqqında məlumat çatdırılıb.
17 aprel 2016-cu il tarixdə ölkə əhəmiyyətli tarix-mədəniyyət abidələri “Sumuq qala” və “Ulu məscid”, yerli əhəmiyyətli qala “Bürc qala”ya İlisu kənd orta məktəb şagirdlərinin yürüşü təşkil olundu və onlara ərazidə yerləşən tarix-mədəniyyət abidələri haqqında geniş məlumat verildib.
Son xəbərlər
Son Xəbərlər