İlisuya dolu yağdı

ilisuya-dolu-yagdi
Oxunma sayı: 1868

Qax rayonunun İlisu kəndinə dolu yağıb.

“Qafqazinfo”nun məlumatına görə, təxminən beş dəqiqə davam edən dolunun diametri 10-20 millimetr olub.

Kənd sakinləri bildiriblər ki, dolu yaşayış evlərinə ziyan vurmayıb.

Qeyd edək ki, bu gün şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub, ildırımla müşayiət olunan leysan yağışı yağıb və dolu düşüb.

İlisu kəndi dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yerləşir.

Mübariz Muradov