İlk 1/8 final cütləri müəyyənləşdi - Matçların təqvimi

ilk-18-final-cutleri-mueyyenlesdi
Oxunma sayı: 3644

Qətərdə keçirilən dünya çempiontında ilk 1/8 final cütləri bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, A və B qrupunda 3-cü turun oyunları başa çatdıqdan sonra komandalar rəqiblərini tanıyıb.

A qrupunun lideri Niderland B qrupunun ikincisi ABŞ ilə üz-üzə gələcək.

B qrupunun lideri İngiltərə isə A qrupunun ikincisi Seneqalla qarşılaşacaq.

Niderland ABŞ-lə dekabrın 3-ü saat 19:00-da qarşılaşacaq. 

Seneqal - İngiltərə matçı isə bundan bir gün sonra saat 23:00-da start götürəcək.

DÇ-2022

1/8 final

3 dekabr

19:00. Niderland - ABŞ

4 dekabr

23:00. Seneqal - İngiltərə