İlk 7 ayda ölkədə nə qədər körpə doğulub?

İlk 7 ayda ölkədə nə qədər körpə doğulub?
Oxunma sayı: 1184

Cari ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 64 149 doğulan körpə qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı hesabatda qeyd olunub.

Bildirilir ki, əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0 təşkil edib.  Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqları olub. 

Günel Türksoy