İlk dəfə dinozavr sürüsünün qalıqları tapıldı

İlk dəfə dinozavr sürüsünün qalıqları tapıldı
Oxunma sayı: 4371

İtaliyada ilk dəfə dinozavr sürüsünün qalıqları tapılıb.

“Qafqazinfo” xəbər verir ki, paleontoloqlar Triest şəhəri yaxınlığındakı Villaggio del Pescatoredə ölkədə indiyə qədər tapılmış ən böyük və bütöv formadakı dinozavr skeleti daxil olmaqla, “Bruno” adlandırılan dinozavr sürüsünün qalıqlarını aşkarlayıblar.

Bu barədə Boloniya Universitetinin alimlərinin koordinasiya etdiyi beynəlxalq tədqiqat qrupunun “Scientific Reports” jurnalında dərc olunan məqaləsində bildirilib.

Boloniya Universitetinin kəşflə bağlı açıqlamasında aşkarlanan dinozavr skeletlərinin 80 milyon il əvvəl yaşamış “Tethyshadros insularis” növünə aid olduğu qeyd edilib.

Bundan başqa, həmin ərazidə balıq, timsah, dəniz sürünənləri və hətta kiçik xərçəngkimilərin qalıqlarının da olduğu bildirilib.