Məşhur müğənni Selin Dion həyat yoldaşı Rene Angelilin ölümü ilə bağlı ilk dəfə açıqlama verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi bu ilin əvvəlində dünyasını dəyişən Angelinin son arzusunu həyata keçirmədiyini söyləyib:
“Rena həmişə mənim qollarımda ölməyini istəyirdi. Ancaq onun arzusu reallaşmadı. Həmin gecə evdə deyildim, konsertə getmişdim. Yanvarın 14-nə keçən gecə yataqdan qalxmaq istəyib, sonra yerə yıxılıb. Hər zaman konsertdən evə qayıdarkən onu öpərdim, sonra yuxuya gedərdi. O dəhşətli gecədə Renanı yuxudan oyatmadım”.
Son xəbərlər
Son Xəbərlər