“İlk dəfə evli kişiylə öpüşdüm...” - Fotosessiya

ilk-defe-evli-kisiyle-opusdum
Oxunma sayı: 10094

“Oscar” mükafatının sahibəsi, aktrisa Jennifer Lawrence Glamour jurnalına müsahibə verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa müsahibəsində lezbiyan kimi geyindiyini vurğulayıb:

“Məni qırmızı xalça üzərində həmişə ziyafət geyimlərində görmüsüz. Bunun tək səbəbi bir markanın siması olmağımdır. Lezbiyan kimiyəm, gündəlik həyatımda onlar kimi geyinirəm.

Zərif geyimlərə üstünlük vermədiyim üçün tənqid olunuram. Stilist dostlarım sinəmin gözəl olduğunu, ancaq bunu gizlətdiyimi deyirlər. Mənə çox əsəbiləşirlər”.

25 yaşlı aktrisa kulisdə həmkarı Chris Pratt ilə öpüşdüyünü bildirib:

“Film çəkilişindən əvvəl gərginliyi azaltmaq üçün içki içdik. Aramızda heç nə yaşanmadı. Chris evil idi, mən də ilk dəfə evil kişiylə öpüşdüm. Özümü çox günahkar hiss etdim. Anama zəng vurub bunun normal olub-olmadığını soruşdum. Özümü müdafiəsiz bir insan hesab etdim”.