İlk dəfə heyvanlara koronavirus vaksini vuruldu

ilk-defe-heyvanlara-koronavirus-vaksini-vuruldu
Oxunma sayı: 1000

ABŞ-da bir zooparkda doqquz meymuna koronavirus vaksini vurulub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən heyvanlar dünyada insanlardan başqa peyvənd olunan ilk canlılardır.

Kaliforniyada yerləşən bir zooparkda bir qorilla, üç oranqutan və beş bonobo cinsi meymun vaksinasiyadan keçib və onlara heyvanlar üçün inkişaf etdirilən COVID-19 vaksini tətbiq olunub.

Tədqiqatçılar koronavirusun heyvanlara təsirini tam müəyyənləşdirə bilməyiblər, ancaq daha əvvəl pişik və itlər başda olmaqla, bir neçə heyvan növündə virusa rast gəliblər.

Yanvar ayında San-Dieqo Zoo Safari Parkda səkkiz qorilla koronavirusa yoluxmuş, fevralda isə tamamilə sağalmışdılar.