İlk dəfə neft ixrac etdilər

ilk-defe-neft-ixrac-etdiler
Oxunma sayı: 1875

Keniya ölkə tarixində ilk dəfə dünya bazarına xam neft çıxararaq neft ixracatçıları qrupuna daxil olub.

"Qafqazinfo" xəbər verir ki, ölkə Prezidenti Uhuru Kenyatta bu hadisəni ölkə tarixində dönüş nöqtəsi adlandırıb. 

Qeyd edək ki, Keniya neftinin ilk partiyası beynəlxalq hərracda Çin kompaniyası tərəfindən 12 milyon dollara alınıb və emal olunması üçün Malayziyaya yola salınıb.

Onu da əlavə edək ki, Keniyada ilk neft yatağı 2012-ci ildə Lokiçar vadisində aşkarlanıb.