İlk dəfə tamaşaçısız veriliş apardılar

ilk-defe-tamasacisiz-verilis-apardilar
Oxunma sayı: 6533

Ölkənin ən reytinqli üç proqramı – “5-də 5”, “Səni axtarıram” və “Bizimləsən” tamaşaçısız yayımlanıb. “Qafqazinfo” xəbər verir ki, qərar ATV və Xəzər TV rəhbərliyi tərəfindən birgə verilib. 

Bu addım Azərbaycanda koronavirus (COVİD-19) epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə atılıb. 

Hər üç verilişin formatında dəyişiklik edilərək studiyaya tamaşaçılar buraxılmayıb və stullar boş qalıb.

Qeyd edək ki, bu qayda Azərbaycanda və dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq, tamaşaçıların iştirakı ilə keçirilən bütün proqramlara tətbiq edilib.