Bu gün Oğuz rayonunun Yemişanlı və Calut kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.
“Qafqazinfo” xəbər verir ki,b münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, ümumilikdə 397 abonenti olan bu iki kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 44,6 kilometrdən artıq müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Son xəbərlər
Son Xəbərlər