“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Buxari öz əsas rəqibi Goodluck Johanthandan 2, 5 milyon çox səs toplaya bilib.
Bu, Nigeriya tarixində ilk dəfədir ki, hakimiyyət demokratik seçki yolu ilə müxalifət liderinə keçib. Johnathan nəticələrdən narazı qalanları ölkə konstitusiyasına hörmət göstərməyə çağırıb.
Buxari də öz növbəsində tərəfdarlarının məğlub tərəflə mehriban olmağa səsləyib.72 yaşlı Mohammadu Buxari prezidentliyə namizədliyini artıq 4-cü dəfə idi ki, irəli sürürdü.
O, 1983-cü il hərbi çevrilşinin ardınca, 1984-85-ci illərdə, qısa müddətdə Nigeriyaya rəhbərlik edib.
Son xəbərlər
Son Xəbərlər