İlk dərs günü 9 yaşlı uşağı vurub öldürən sürücü tutuldu

İlk dərs günü 9 yaşlı uşağı vurub öldürən sürücü tutuldu
Oxunma sayı: 1279

Şamaxı rayonunda 3-cü sinif şagirdini vuraraq öldürən şəxs saxlanılıb.

Rayon Porkurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, avqustun 16-da, saat 16:30 radələrində Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsində Səməd Balayevin idarə etdiyi “VAZ-2121” markalı 90-KA-106 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada-2010-cu il təvəllüdlü Yusif Nuriyevin vurulub və nəticədə Y.Nuriyev aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla hadisənin S.Balayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və müdafiəçinin iştirakı ilə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi