İlk dərs günü “Elmlər”də izdiham - Video

ilk-ders-gunu-elmlerde-izdiham
Oxunma sayı: 2820

Sosial şəbəkələrdə metronun Elmlər Akademiyası stansiyasının qarşısında izdihamla bağlı görüntü yayılıb.

“Qafqazinfo” xəbər verir ki, video stansiyanın Bakı Dövlət Universitetinin qarşısında yerləşən çıxışında qeydə alınıb.

Görüntülərdə yüzlərlə insanın stansiyanın qarşısında toplaşdığı, sosial məsafənin gözlənilmədiyi, bununla da pandemiya qaydalarının pozulduğu aydın olur. 

Sıxlıq bu gündən ali məktəblərdə əyani tədris prosesi ilə bağlıdır.

Xatırladaq ki, bu gün səhər saatlarından etibarən ali məktəblərin giriş qapısında tələbələrin COVID-19 pasportunun olub- olmaması yoxlanılır. Nəticədə, universitetlərin qarşısında kütləvi sıxlıq müşahidə edilir.