İlk dərs günü ilə bağlı- - Aztəminatlı ailələr üçün aksiya

ilk-ders-gunu-ile-bagli-
Oxunma sayı: 2059


Bu barədə məlumatı "Qafqazinfo"ya Şəfiqə Fərzəliyeva özü verib. O bildirib ki, aksiyanın məqsədi yeni tədris ilində imkansızlıqdan məktəbə gedə bilməyən uşaqlara yardım etməkdir: "Bildiyimiz kimi 15 sentyabr ilk dərs günü kimi qeyd olunur və bütün uşaqlar məktəbə yollanacaq. Amma bir çox ailələrin uşaqları imkansızlıq ucbatından məktəbə gedə bilmir. Bunu düşünərək bu cür ailələrə yardım etmək qərarına gəldim. Artıq 5 uşağın məktəbli forması, çantası və ləvazimatları hazırdır. İstəyirəm ki, uşaqların sayı bununla kifayətlənməsin. Rayonlarda da məktəbə gedə bilməyən yüzlərlə uşaqlar var. Hamısının oxumasını və xoşbəxt olmağını istəyirəm. Bacardığım qədər xeyirxah insanların köməyi ilə onlara dəstək olacağam. Bunun üçün də insanların dəstəyinə və köməyinə ehtiyac var". 

Qeyd edək ki, yardım etmək istəyənlər [email protected] email adresinə yaza, +984552783512 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

“Qafqazinfo”