İlk dərs günü nazir Gəncə STEAM Mərkəzində oldu - Video

ilk-ders-gunu-nazir-gence-steam-merkezinde-oldu
Oxunma sayı: 1748

Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində STEAM Mərkəzi yaradılıb. 

"Qafqazinfo" xəbər verir ki, ümumi ərazisi 750 m2 olan Gəncə STEAM Mərkəzində təhsilalanların Robotics, Art, Science, STEAM Kids, CNC və 3D çap, Mexatronika, Pilotsuz uçuş aparatları (dron) istiqamətləri üzrə fəaliyyət göstərmələri üçün nəzərdə tutulmuş sahələr var. 

Gəncə STEAM Mərkəzi bütün yaş qruplarının istifadəsi üçün nəzərdə tutulub və STEAM məzmununa uyğun lazımi innovativ texnologiyalarla tam təmin olunub.Mərkəzdə yaradılmış imkanlardan sözügedən məktəblə yanaşı, regionun digər məktəblərinin şagird və müəllimləri də istifadə edə biləcəklər.

İlk dərs günü təhsil naziri Emin Əmrullayev də STEAM Mərkəzinə baş çəkib.