İlk görüşün qalibi "Benfika" oldu- - Yenilənib

ilk-gorusun-qalibi-quotbenfikaquot-oldu-
Oxunma sayı: 1721


 "Qafqazinfo" xəbər verir ki, "Benfika" öz meydanında " Yuventus"u qonaq edir. Ardıcıl ikinci mövsümdə Avro Liqada final oynamaq istəyən "Benfika"  adlı-sanlı rəqibini məğlub etmək əzmindədir. "Yuventus" isə səfər oyunundan istifadə edib cavab matçı üçün sərfəli nəticə əldə etmək istəyir.

***

Oyunun ikinci dəqiqəsində Ezekiel Qaray "Benfika"nı hesabda önə çıxarıb. 1-0

***

İLk 45 dəqiqədən sonra "Yuventus" minimal hesabla geridədir.

***

1 saatın tamamında "Benfika"nın 1-0-lıq üstünlüyü dəyişilməz qalır.

***

Karlos Tevez görüşün 73-cü dəqiqəsində hesabı bərabərləşdirir 1-1

***

Lima 84-cü dəqiqədə "Benfika"nın 2-ci qolunu vurur.

**

90 dəqiqənin tamamında "Benfika" "Yuventus" u 2-1 hesabı ilə məğlub edə bilib. Bu cütlüyün cavab qarşılaşması mayın 1-də olacaq.

İqbal