“Qafqazinfo” xəbər verir ki, turnirin ilk günündə 58 kq-da təmsilçimiz İrina Netreba finala qədər maneəsiz irəliləyib. Finalda yerli güləşçi Anastasiya Huçoka məğlub olan İrina gümüş medalla kifayətlənib.
Bu gün isə, Anjela Doroqan (53 kq) və Məhəmməd Xatiyev (86 kq) mübarizəyə qoşulacaq.
Məşqçi Aslan Ağayevin başçılığı altında Minskə qadın güləşçilərdən Anjela Doroqan (53 kq), İrina Netreba (58 kq) və Nadya Sementsova (69 kq), sərbəst güləşçilərdən Məhəmməd Xatiyev (86 kq) yollanıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edir.
Son xəbərlər
Son Xəbərlər