İlk gündə 11 medal

ilk-gunde-11-medal
Oxunma sayı: 711


“Qafqazinfo”nun məlumatına görə, qadınların yarışında gümüş və bürünc medal klubumuzun üzvlərinə qismət olub. Kişilərin yarışında 56 kq çəki dərəcəsində bütün medallar, 62, 69 və 77 kq-da isə gümüş və bürünc medalları bizim atletlər qazanıblar. Bu isə bir gündə 11 medal deməkdir.

15 mümkün medaldan 11-nin qazanılmasına əlavə şərh vermək çətindir. Azərbaycan ağır atletikasında liderliyini heç kimə verməyən və uzun illər bu durumu davam etdirmək niyyətində olan klubumuzun uğurları göz qabağındadır. Xüsusilə gənc nəslin yetişdirilməsi istiqamətində böyük işlər görən “Zirvə”nin bu fəaliyyəti təqdirəlayiqdir.

Bütün qalib və medalçıları təbrik edir, onlara qarşıdakı yarışlarda da uğur arzulayırıq!