İlk iş günü Bakıda hava necə olacaq?- - Proqnoz

ilk-is-gunu-bakida-hava-nece-olacaq-
Oxunma sayı: 1575


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan “Qafqazinfo”ya daxil olan məlumata görə, temperaturun gecə 17-22, gündüz 28-33 dərəcə isti olacağı ehtimalı var. Bakıda gecə 18-20, gündüz 31-33 dərəcə isti olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25 isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26 isti, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 isti təşkil edəcək. 

Azərbaycanın bölgələrində də hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə temperatur 37 dərəcə istiyə qədər artacaq.