İlk iş günü hava necə olacaq?

ilk-is-gunu-hava-nece-olacaq
Oxunma sayı: 1257


“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, mülayim şimal qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir. 

Bölgələrdə gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim şimal qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacaq. Ayın 2-də isə küləyin mülayimləşəcəyi gözlənilir.