İlk Novruz hədiyyəniz Azercell-dən olsun!

ilk-novruz-hediyyeniz-azercell-den-olsun
Oxunma sayı: 1332

Telekommunikasiya sahəsində hər zaman istifadəçilərinə rəngarəng həllər təqdim edən “Azercell Telekom” MMC qarşıdan gələn Novruz bayramı ərəfəsində fakturasız xətt abunəçilərinə xüsusi endirimlər təklif edir.

“Qafqazinfo” xəbər verir ki, novruz adət-ənənəsinə görə, hər çərşənbə təbiətin Su, Od, Yel və Torpaq kimi 4 əsas ünsürünün oyanması qeyd edilir. Bu il də hər zaman olduğu kimi,  Azercell öz abunəçilərini sevindirməyə davam edir və xüsusi kampaniyaya start verir. Belə ki, Azercell fevral ayının 25-dən başlayaraq hər çərşənbə axşamı xüsusi endirim kampaniyaları keçirir və müxtəlif tarif və internet paketlərinə qoşulma zamanı xüsusi endirimlərdən yararlanmaq imkanı yaradır.

Bayramın ilk kampaniyası fevral ayının 25-i bütün fakturasız xətt abunəçiləri üçün “Sərbəst 15” tarifinə qoşulma zamanı 20% endirim kampaniyası oldu.

Azercell yalnız bayram günlərində deyil, eləcə də bütün il boyu evlərinizin sevinclə dolu olmasını arzu edir!