Dünən dünyaca məşhur aktyor Bred Pitt ilk dəfə “Oskar”ın sahibi olub. Həmin gecə Bredin mükafatından çox təşəkkür çıxışı müzakirə olunub.
“Qafqazinfo” xəbər verir ki, Hollivud ulduzu səhnədə mükafatını götürərkən ABŞ Prezidenti Donald Trampı hədəf alıb. Bred dövlət başçısının 45 saniyəlik çıxışını ələ salaraq ona söz atıb: “Çıxış etmək üçün 45 saniyə vaxtım var. Bu, Senatın Con Boltona verdiyi vaxtdan daha çoxdur”.
.jpg)
Qeyd edək ki, C. Bolton Trampın keçmiş beynəlxalq təhlükəsizlik müşaviri olub. O, yazdığı kitabda prezidentin çıxış vaxtını yazmış, bir çox məqamları ortaya çıxarmışdı. Müxalifətdə yer alan demokratlar Boltonun həbsini istəsə də, Senat onu ifadə verməyə çağırmamışdı.
Xatırladaq ki, B. Pitt “Once Upon a Time in Hollywood” filmindəki obrazına görə ən yaxşı köməkçi aktyor adını qazanmışdı.

Son xəbərlər
Son Xəbərlər