İlk peşəkar döyüşündə rinqdə öldü

ilk-pesekar-doyusunde-rinqde-oldu
Oxunma sayı: 4112

29 yaşlı britaniyalı boksçu Şerif Laval ilk peşəkar döyüşündə rinqdə vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Laval Londonda altı raundluq döyüşün dördüncü raundunda gicgahına dəyən zərbədən sonra huşunu itirərək yıxılıb. O, xəstəxanaya aparılıbsa da, öldüyü bildirilib.