Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında "Neftçi"ni qəbul edəcək "Şkendiya"nın (ilk oyun 0:0 bitib) baş məşqçisi in mətbuat konfransı keçirilib.
"Qafqazinfo" xəbər verir ki, "Şkendiya" kubunun baş məşqçisi mətbuat konfransında bunları deyib: "İlk oyunda sərfəli nəticə əldə etmişik. Ancaq qonaqların vurduğu 1 qol planlarımızı alt-üst edə bilər. Buna imkan verməməliyik. Bu matç Makedoniya futbolu üçün çox əhəmiyyətlidir. Hər şey özümüzdən aslıdır. Bu fürsətdən maksimum istifadə etməliyik. Bir çox planlarım var. Hətta penaltilərə də hazırıq. İlk qarşılaşmada oyuna nəzarət edən tərəf biz olmuşuq. Ona görə də, heyətimizdə dəyişiklik olmayacaq".
Son xəbərlər
Son Xəbərlər