“Qafqazinfo” TQDK-ya istinadən xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Qazax, Tovuz, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Tərtər, Göyçay, Kürdəmir, İsmayıllı, İmişli, Şirvan, Salyan, Lənkəran, Cəlilabad, Xaçmaz və Quba şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasının Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında ümumilikdə 61 binada təşkil olunub.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48 min 343 abituriyent qeydiyyatdan keçib.
İmtahan binalarına buraxılış yalnız abituriyentin şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi əsasında həyata keçirilib. Valideyninin və digər qohumların şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçmiş abituriyentlər imtahan binasına buraxılmayıb.
Son xəbərlər
Son Xəbərlər