Sabahdan etibarən I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ilk sınaq imtahanına qeydiyyat başlayır.
DİM-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, imtahanlar aprelin 1-də baş tutacaq.
Sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.
Qeydiyyat 28 mart saat 10:00-dək aparılacaq.
Son xəbərlər
Son Xəbərlər