“İlk və sonuncu dünya çempionu...” - Foto

ilk-ve-sonuncu-dunya-cempionu
Oxunma sayı: 5621

Azərbaycanın sabiq cüdoçusu, gənclərdən ibarə cüdo millimizin baş məşqçisi Elxan Məmmədov Hidayət Heydərovla bağlı maraqlı paylaşım edib. 

“Qafqazinfo” xəbər verir ki, o, ötən gün dünya çempionu olan idmançımızla fotosunu paylaşaraq “ilk və sonuncu dünya çempionu” şərhini yazıb.

Xatırladaq ki, Hidayət Heydərov Abu-Dabidə keçirilən DÇ-nin finalında yaponiyalı Tatsuki İşiharaya qalib gələrək qızıl medal qazanıb.

Qeyd edək ki, Azərbaycan tarixində Hidayət Heydərova qədər yalnız Elxan Məmmədov 2013-cü ildə dünya çempionu olmuşdu.