“İcmaəsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində “ilk5il” platforması (https://www.ilk5il.az) yaradılıb.
Elm və Təhsil Nazirliyindən (ETN) "Qafqazinfo"ya verilən məlumata görə, portalın yaradılmasında məqsəd valideynləri uşaqların 5 yaşınadək dövrünə dair müxtəlif mövzularda maarifləndirməkdir.
Bildirilib ki, yarandığı gündən Azərbaycan dilində maarifləndirici resurslara əlçatanlığı artırmağı qarşısına məqsəd qoyan “ilk5il”, həmçinin valideyn olmağa hazırlaşanlara dair müxtəlif resurslar da təqdim edir.
Veb-saytda valideynlərin şəxsi inkişafı, uşaqların sağlamlığı, təlim-tərbiyəsi, inkişaf və psixologiyası ilə bağlı məqalələr, nağıllar (həmçinin səsli), tapmacalar, videodərs və oyunlar yer alır.
Qeyd edək ki, “ilk5il” platformasının “Instagram” səhifəsi (https://www.instagram.com/ilk5il/) və yeni yaradılmış “Telegram” kanalında (https://t.me/ilk5il) da izləyicilər üçün qısa və interaktiv paylaşımlar edilir.
Son xəbərlər
Son Xəbərlər