“Böyük kassa gəlirləri komediya filmlərindən əldə olunur. Tamaşaçılar o cür filmlərə daha çox maraq göstərir. Bizim filmləri büdcəsi milyonlar olan filmlərlə müqayisə edirlər. Bizə dəstək olmaq lazımdır. Xahiş edirəm ki, filmlərimizin qara piarını aparmasınlar. “Ay brilliant” filmi ilə bağlı tənqidlər də aldım. Dedilər ki, süjet darıxdırıcı idi, rejissor işi yaxşı deyildi. Hər kəsin öz fikri var. İkinci filmimizdə hər şeyin üstündən xətt çəkəcəm və fərqli bir film ərsəyə gətirəcəyik. Artıq bildim ki, tamaşaçı nə istəyir. Yaxşı film ərsəyə gətirmək üçün maraqlı süjet xətti, süper ssenari, kreativ və keyfiyyətli ideaları olan rejissor və yaxşı avadanlıqlar lazımdır”.
Həsəni yeni filmlərdə bayağı və vulqar sözlərin yer almasından da söhbət açıb:
“Azərbaycanda bu gün ssenarist qıtlığı var. Ona görə filmlərdə dəsti-xətt eynidir. Bu il çəkiləcək filmlərdə isə düşünürəm ki, vulqar sözlər az yer alacaq. Bu filmlərə oğlan dostlarımla getmişəmsə, biz ona ürəkdən güləcəyik. Əgər ailəmlə getmişəmsə, mən gülə bilməyəcəm. Çünki yanımda ailəm var. Azərbaycan kinoteatrlarına ailə ilə gələnlər az olduğu üçün məcburuq ki, çoxluğa işləyək. Mən buna çox təəssüf edirəm”.
Könül
Son xəbərlər
Son Xəbərlər