İlkin Həsəniyə reklamda çəkilmək üçün 40 min manat qonorar verilib?

ilkin-heseniye-reklamda-cekilmek-ucun-40-min-manat-qonorar-verilib-
Oxunma sayı: 3795


"Qafqazinfo"ya daxil olan xəbərə görə, o, ötən həftənin sonlarında İlkin Həsənini fotoqraf Ruslan Nəbiyevin studiyasında görüb. Fotoqraf İlkin Həsənini yeni foto çəkilişlərə hazırlayırmış və onlar rolik haqda söhbət edib. 

Mənbəmizin məlumatına görə, İlkin Həsəni yeni reklam rolikinə çəkildiyini və bunun müqabilində ona 40 min manat verildiyini deyib. Oxucumuzun sözlərinə görə, o, söhbət əsnasında reklam roliki haqda eşitsə də, onun hansı bank üçün hazırlandığını müəyyənləşdəriə bilməyib. 

Mənbə onu da bildirib ki, onu heyrətləndirən əsas məqam teleaparıcıya bir rolikə görə nə az, nə çox düz 40 min manat qonorarın verilməsi məsələsidir ki, heç bir yerli şou-biznes ulduzuna bir reklam rolikində iştiraka görə bu qədər qonorar verilmir.

Məlumatı dəqiqləşdirmək üçün redaksiyamız İlkin Həsəni ilə əlaqə saxlayıb. Teleaparıcı Azərbaycanda fəaliyyət göstərən banklardan biri üçün reklam rolikində çəkildiyini təsdiqləsə də, nə bankın adını, nə də aldığı qonorarın məbləğini açıqlayıb.