İlkin Süleymanovun apellyasiya məhkəməsinə yeni sədr təyin edildi

ilkin-suleymanovun-apellyasiya-mehkemesine-yeni-sedr-teyin-edildi
Oxunma sayı: 3861

İlkin Süleymanovun apellyasiya məhkəməsinə yeni sədr təyin edilib, növbəti prosesin vaxtı məlum olub.

“Qafqazinfo”nun məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsində keçiriləcək prosesə Rafiq Cəfərov sədrlik edəcək.

Digər hakimlər isə Əlzamin Abdullayev və Salman Hüseynov olacaq.

Növbəti məhkəmə mayın 22-nə təyin olunub.

Qeyd edək ki, məhkəmə prosesi bir müddət idi öncəki hakim Teyyub Muxtarovun təyinatı ilə bağlı təxirə salınmışdı.

Xatırladaq ki, cinayət hadisəsi 2020-ci ildə Tovuz rayonunun Dondar Quşçu kəndində baş verib. İlkin Süleymanov oğurladığı iddia olunan həmkəndlisi, 10 yaşlı Nərmin Quliyevanı xüsusi amansızlıqla öldürüb cəsədini yandırmaqda ittiham olunur.

Yunis Quliyev