İllər əvvəl Bakıda birinci olmuşdu - Fotolar

İllər əvvəl Bakıda birinci olmuşdu
Oxunma sayı: 3842

Azərbaycanda keçirilən “Eurovision” mahnı müsabiqəsinin qalibi Loreen tanınmaz dərəcədə dəyişib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi 8 il əvvəl Bakıda baş tutan yarışmadakı obrazından demək olar ki, uzaqlaşıb. O, uzun saçlarını qısaldıb, geyim tərzini tamamilə dəyişib.

Ekranlardan uzaqlaşan, layihələrini gec-gec təqdim edən 36 yaşlı ifaçı gözlərdən uzaq bir yaşam tərzi seçib. İsveçli sənətçi sosial şəbəkələrdə də aktiv deyil. Onu cəmi instaqramda 150 min insan izləyir.

Qeyd edək ki, Loreen 57-ci dəfə təşkil olunan müsabiqədə “Euphoria” mahnısı ilə çıxış etmiş, 372 xalla qalib olmuşdu.








Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi