“İllər əvvəl çox dedilər ki, bu iş olmaz…”

iller-evvel-cox-dediler-ki-bu-is-olmaz
Oxunma sayı: 4641

“O, mənim həyat yoldaşım, yol yoldaşımdır. Yolun yarısında qoymayacaqlarımdandır. Nə arxasında, nə də önündəyəm. Düz 11 ildir ki, yanındayam, üstəlik çiyin-çiyinə, qol-qola, yan-yana, əl-ələ, diz-dizə. Bir yastıqdayam və son nəfəsimə, ölüm ayırana qədər yanında olacağıma söz verdim”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni İradə İbrahimova instaqram səhifəsində yazıb. Sənətçi həyat yoldaşı Ceyhun İzerlə fotosunu paylaşaraq 17 ildir bir-birilərini tanıdıqlarını qeyd edib:

“Sözün əsl mənasında o, mənim həyat ortağımdır. Az deyil, 11 ildir ki, hər yerdə bir aradayıq. Hələ tanış olduğumuz illəri də saysaq, 17 il edir.

İllər əvvəl çox dedilər ki, bu iş olmaz! Adətlərimiz, dünyaya baxışımız, hələ bu sənətlə heç nə alınmayacaq. Yaşın balacadı, hələ başa düşmürsən, biriniz Qoç (Qoç bürcü – red.), digəriniz Şir. Daha nələr və nələr...

Qoça bənzətməklə doğru ediblər. Hər iki tərəf də güclüdür. Zarafat edirəm, bərabər böyüdük. Yazı yazanın deyil, doğrudan da oxuyanınmış... Əslində əsas məsələ bir-birinə qol-qanad olmaqdır. Əvvəlcə ikimiz olduq, sonra biz, sonra ailə”.