İllər sonra barışdılar və toydan danışdılar- - Video

iller-sonra-barisdilar-ve-toydan-danisdilar-
Oxunma sayı: 11705


 "Qafqazinfo"nun məlumatına görə, konsertlərin birində rastlaşan cütlük əvvəlcə bir-birini görməzliyə vursa da, daha sonra Qaraçuxurlu xalq artistinin yanına gedib. Kazımovanın "Toyun nə vaxtdı?" sualına isə meyxanaçı "İnşallah, xəbər verəcəm" cavabını verib.

 Ayrıldıqdan sonra ilk dəfə "Onlar" verilişin kamerası qarşısına keçən cütlük dost münasibətində olduqlarını bildirib: "Gördüyünüz kimi münasibətimiz çox gözəldi. Aygün xanımın ad günündə hər kəsin bir obrazı vardı və mənə obraz tapılmamışdı. Aygün xanım istəsə məni dəvət edər, istəməsə etməz. Biz dost münasibətindəyik. Kameralar olmasaydı, Aygün xanımı görən kimi görüşəcəkdim" deyə meyxanaçı bildirib. 

Aygün Kazımova isə "Həmişə möhürü mən vururam, ustadın sözlərini təsdiq edirəm. Küsülülük, düşmən münasibəti yoxdur. Keçmişdə 7 illik münasibətimiz var. Səhnədə birlikdə külüng döymüşük" deyərək meyxanaçının sözlərini təsdiq edib.