İllər sonra bir-birilərini blokdan çıxardılar - Foto

iller-sonra-bir-birilerini-blokdan-cixardilar
Oxunma sayı: 7693

Xalq artisti Röya Ayxan və müğənni Elnarə Xəlilova arasında anlaşılmazlığa son qoyulub.

“Qafqazinfo” xəbər verir ki, bu, instaqramda baş verib.

Belə ki, Röya Ayxan həmkarının yeni işıq üzü görmüş “Kukla” klipini hekayə bölümündə yayımlayıb. Ekran işini bəyəndiyini vurğulayan Röya “Nə gözəl alınıb. Məni uşaqlığıma qaytardığın üçün təşəkkürlər. Çox bəyəndim. Səni işarələyəcəkdim, “qara siyahı”ya atdığın üçün olmadı”, - sözlərini yazıb.

Elnarə Xəlilovanın da cavabı gecikməyib. O, Axşam.az-a açıqlamasında bildirib ki, qarşı tərəf də ona eyni addımı atıb: “Tək mən etməmişdim. Hər ikimiz bir-birimizi “qara siyahı”ya atmışdıq. Ona görə də sosial şəbəkədə bir-birimizin profilini görmürdük. Ancaq çox şükür, indi hər şey yaxşıdır. O məni “qara siyahı”dan çıxaran kimi profilini gördüm. Həmin an mən də blokdan çıxardım. Yoxsa neçə vaxt idi əlləşirdim, amma alınmırdı”.